Xocalı soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Bu faciə iki yüz ilə yaxın bir müddətdə erməni cəlladlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 26-da Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə iştirak edən Bakı sakini Əlisa Kərimov demişdir.
Ə.Kərimov bildirmişdir ki, erməni silahlı qüvvələri 1992-ci il fevralın 26-da Xocalıda 613 nəfəri xüsusi amansızlıqla qətlə yetirmiş, əsir götürülmüş dinc sakinlər misli görünməmiş zülm və təhqirlərə məruz qalmışlar.
O, Azərbaycanın işğal altındakı bütün torpaqlarının Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]