Xocalı soyqırımı ilə bağlı Vaşinqtonda aksiya keçirilir VİDEO
Vaşinqton, 25 fevral, AZƏRTAC
Otuz dörd il əvvəl Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımın ildönümü ilə əlaqədar Amerika ictimaiyyətinin diqqətini bu faciəyə cəlb etmək üçün növbəti aksiya keçirilir.
AZƏRTAC-ın məlumatına görə, üzərində Xocalı soyqırımı ilə bağlı şüarlar yer alan LED ekranlı avtomobil paytaxt Vaşinqtonun Ağ Ev, Kapitol, Vaşinqton abidəsi kimi binaların yerləşdiyi əsas küçələrindən keçib.
Avtomobilin üzərindəki led ekranda “Xocalıya ədalət”, “Xocalı soyqırımını unutmayaq!”, “Günahsızlar üçün xatırlayın, ədalət üçün danışın!”, “34 il sonra Xocalı hələ də danışır” kimi şüarlar nümayiş olunub. Avtomobil gün ərzində paytaxtda hərəkətdə olacaq.
Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton