Xocalı soyqırımı qurbanları İsraildə yad edilib
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyində erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri, o cümlədən Xocalı soyqırımının canlı şahidi Əsəd Fərəcov iştirak edib.
Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov açılış nitqi ilə çıxış edib.
Tədbirdə AZİZ beynəlxalq assosiasiyasının vitse-prezidenti Yeganə Salman və Birinci Qarabağ müharibəsinin veteranı, ədliyyə polkovniki və soyqırımının canlı şahidi Əsəd Fərəcov çıxış ediblər. Tədbirdə “Cəhənnəmi görmüş pilot” qısa metrajlı filmi nümayiş etdirilib.