XOCALI SOYQIRIMININ 15-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR PLANI TƏSDİQ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Prezidentin İcra Aparatı rəhbərinin sərəncamı ilə Xocalı soyqırımının on beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilmişdir.
Sənəddə Bakıda və Naftalan şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Şəhidlər xiyabanının ziyarət edilməsi, ölkənin teatr-konsert müəssisələrində, idarə və təşkilatlarda, sərgi salonlarında, ali və orta məktəblərdə qanlı faciəyə həsr olunmuş tədbirlərin keçirilməsi, milli azadlıq uğrunda mübarizədən bəhs edən sənədli və bədii filmlərin nümayişi, xocalıların sıx məskunlaşdığı şəhər və rayonlarda şəhid ailələrinə yardım göstərilməsi nəzərdə tutulmuşdur.
Bunlarla yanaşı, xarici ölkələrdəki səfirlik və nümayəndəliklərimizdə, diaspor təşkilatlarında mətbuat konfransları, anma mərasimləri keçiriləcək, Xocalı qaçqınlarının dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciəti yayılacaqdır.
Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək, saat 17.00-da isə bütün ölkə ərazisində şəhid xocalıların xatirəsi bir dəqiqəlik sükutla yad olunacaqdır.
Hazırda xarici və ölkə kütləvi informasiya vasitələrində əsrin faciəsi ilə əlaqədar materiallar verilir, internet şəbəkəsinə Xocalı həqiqətlərini əks etdirən məlumatlar yerləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Tovuzda qətl hadisəsi baş verib
- [14:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]