Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar İstanbulda konfrans keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). İstanbulda “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TÜMİB) və Avropa Aydınlar Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı konfrans təşkil olunmuşdur.
TÜMİB-dən AZƏRTAC-a bildirmişlər ki, konfransda qurumun sədri Çingiz Bayramov və Avropa Aydınlar Birliyinin rəhbəri Hidayət Gümüşsoy çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin Azərbaycan xalqının tarixinə Xocalı qətliamı kimi daxil olmasından danışmış, həmin soyqırımını bütün türk dünyasının faciəsi adlandırmışlar.
Sonra Xocalı soyqırımı ilə bağlı film nümayiş olunmuşdur.
Konfransda İstanbul Baxçalıevlər bələdiyyəsinin sədri Osman Dəvəlioğlu, Türkiyənin Ədalət və İnkişaf Partiyasının üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Pəlin Gündəş Bakır, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatları Jalə Əliyeva, Çingiz Qənizadə və TÜMİB idarə heyətinin üzvü Telman Nüsrətoğlu Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmışlar.
Tədbirdə Türkiyə və Azərbaycanın birlikdə hərəkət edərək XX əsrin sonlarında türk dünyasına qarşı törədilmiş bu soyqırımının bütün dünyada tanıdılmasının vacibliyi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]