Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Kanadada yürüş-mitinq keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Kanadanın Ottava şəhərində yürüş-mitinq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yürüş-mitinq Kanada Azərbaycan Gəncləri Şəbəkəsi, Toronto və Vaterloo universitetlərinin Azərbaycanlı Tələbələr assosiasiyaları tərəfindən təşkil edilmişdir.
Qarlı və şaxtalı hava şəraitinə baxmayaraq bir neçə saat davam edən yürüş-mitinqə çoxsaylı insan iştirak qatılmışdır.
Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan yürüş iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar, eləcə də “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Rədd olsun erməni terrorizmi!”, “Biz ədalət tələb edirik”, “Biz öz torpaqlarımızı istəyirik”, “Sarkisyan terrorçudur” şüarlarını səsləndirmişlər.
Kanada Parlamentinin qarşısından başlanan yürüş Ermənistanın bu ölkədəki səfirliyinin qarşısında mitinqlə davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]