XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR NYU-YORKDA SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar Nyu-Yorkda silsilə tədbirlər keçirilmişdir.
Şəhərdəki “Türk Mərkəzi”ndə və Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindəki tədbirlərdə ABŞ-da yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak etmişlər.
Mərasimlərdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni və rus hərbi birləşmələri tərəfindən günahsız əhaliyə qarşı törədilmiş soyqırım aktında həlak olan Azərbaycan oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi A.Mehdiyev çıxış edərək, bu hadisənin Azərbaycan xalqına qarşı ən ağır cinayət olduğunu bildirmiş, Xocalı soyqırımının dəhşətlərindən konkrekt faktlarla danışmışdır.
Tədbirin sonunda “Dua” filmi nümayiş etdirilmişdir.
Eyni zamanda, 2008-ci il fevralın 26-da Azərbaycan diasporunun təşkilatçılığı ilə Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi qarşısında etiraz nümayişi keçirilmişdir. Nümayişdən sonra Ermənistanın işğalçı siyasətini pisləyən bəyanat qəbul edilmiş və Ermənistan nümayəndəliyinə təqdim edilmişdir.
Xocalı soyqırımına dair ingilis dilində hazırlanmış mətbuat məlumatı bütün xarici ölkələrin BMT yanında daimi nümayəndəliklərinə göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Tovuzda qətl hadisəsi baş verib
- [14:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]