XOCALILILAR “REALNI AZƏRBAYCAN” QƏZETİNİN REDAKSİYASI QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının 15-ci ildönümü ərəfəsində “Gündəlik Azərbaycan” və “Realnı Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin “Realnı Azərbaycan” qəzetində dərc edilmiş məqaləsi xocalılıların, xüsusilə şəhid anaların, övladlarının hiddətinə səbəb olmuşdur. Onlar redaksiyanın yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirmişlər.
Xatırladaq ki, “Realnı Azərbaycan” qəzetinin 2007-ci il 6 fevral tarixli nömrəsində Eynulla Fətullayev Xankəndidə, Xocalıda, Ağdamda olarkən erməni generallarından aldığı müsahibələr və Naftalan şəhərində məskunlaşmış Xocalı sakinləri ilə görüşü əsasında yazır ki, guya bizim ana-bacılarımızı, qız-gəlinlərimizi soyqırıma uğradan, onlara min bir əziyyət verən Xocalı özünümüdafiə batalyonu olmuşdur.
Etiraz aksiyasına gəlmiş xocalılılar Eynulla Fətullayevdən yazdıqlarına görə izahatla yanaşı, bütün xocalılılardan üzr istəməyi tələb etmişlər. Əks təqdirdə fevralın 26-da Xocalı soyqımının ildönümü günü bir daha qəzetin redaksiyası qarşısında toplaşacaqlarını bildirmişlər.
Aksiya iştirakçıları qəzetin bağlanması və baş redaktorun cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə müvafiq orqanlara müraciət ünvanlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]