“Xocalım mənim” mövzusunda ədəbi-bədii kompozisiya göstərilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Bakıdakı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 2 nömrəli internat-məktəbdə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbin direktoru Kamil Məmmədov Xocalı faciəsinin dəhşətlərindən danışmışdır. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımız öz taleyinin ən faciəvi anlarını yaşamışdır. Erməni-sovet hərbi birləşmələrinin qəfil hücumu nəticəsində Azərbaycanın Xocalı şəhəri yerlə-yeksan edilmiş, yüzlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilmişdir. Xocalı faciəsi təkcə xalqımıza qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət aktıdır. K. Məmmədov vurğulamışdır ki, Xocalı faciəsindən 20 il ötsə də, o dəhşətli hadisələr tariximizin və insanlarımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir.
Məktəbin müəllimləri Əsarə Cəfərova və Nədafə Zalıyeva erməni daşnaklarının xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışlar. Bildirilmişdir ki, xalqımız hər zaman öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə sıx birləşmiş, mətinlik və qəhrəmanlıq nümayiş etdirmişdir.
Sonda şagirdlərin ifasında “Xocalım mənim” mövzusunda ədəbi-bədii kompozisiya göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]