Xocasəndə taxta sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB
Bakı, 16 may, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
17:51
Bakı şəhərinin Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:32]
Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verib
- 09.06.2026 [18:50]
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub
- 09.06.2026 [18:18]