Xorvatiyada koronavirusa yoluxanların sayı artaraq davam edir
Zaqreb, 30 sentyabr, AZƏRTAC
Xorvatiyada koronavirusa yoluxanların sayı 16 min 593 nəfərə çatıb. AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, son 24 saat ərzində 213 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 280 nəfər, sağalanların sayı isə 14 min 489 nəfərdir.
Qeyd edək ki, Xorvatiyada virusla mübarizə öncədən müsbət nəticələr göstərsə də, son ayda yoluxanların sayı yüksək templə artmağa başlayıb. Hökumət vətəndaşları məsuliyyətli olaraq sanitar normalara riayət etməyə çağırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]