CƏMİYYƏT
XRİTDX-nin şəxsi heyəti Zəfər parkında olub



Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) hərbi qulluqçuları 27 sentyabr – Anım Günü ilə əlaqədar Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və Xidmətin digər əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini yad ediblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - sentyabrın 27-si Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır və onların xatirəsini əziz tuturlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.12.2023 [17:48]
Məhkum Dilək Şaban qızının arzusu reallaşdı
- 07.12.2023 [17:30]
Ədliyyə naziri Şabranda vətəndaşlarla görüşüb
- 07.12.2023 [17:03]
Qaranlığı nura boyayan elm fədaisi
- 07.12.2023 [16:35]