XX əsrin dəhşətli soyqırımı olan Xocalı faciəsi qan yaddaşımızdan silinməyəcəkdir
Ağstafa, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Ağstafa Şəhər Mədəniyyət Evində XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev xain qonşularımızın “böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq siyasəti apardıqlarını, qanlı cinayətlər törətdiklərini bildirmişdir.
Xatırladılmışdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əsgərləri ilə birlikdə Xocalıda qanlı hadisələr törətmiş, 613 nəfər günahsız qocanı, uşağı, qadını, gənci vəhşicəsinə qanlarına qəltan etmişlər. Bildirilmişdir ki, Xocalı soyqırımının yalnız ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiyməti verilmişdir.
İşğal olunmuş şəhər və rayonlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliklərini bildirən mərasim iştirakçıları gəncləri doğma Vətənə ləyaqətlə xidmətə çağırmışlar. Onlar Xocalı qırğınının heç zaman qan yaddaşımızdan silinməyəcəyini söyləmişlər.
Sonda Xocalı faciəsindən bəhs edən film nümayiş olunmuş, rayon mədəniyyət və turizm şöbəsinin musiqi məktəbi ilə birgə hazırladığı ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]