Yaltada əfsanəvi müğənni Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olmuşdur
Bakı, 27 avqust (AZƏRTAC). Ukraynanın yay istirahət mərkəzində - populyar Yalta kurort şəhərində böyük müğənni və musiqiçi Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olmuşdur. Bu barədə AZƏRTAC-a Krımın Azərbaycan icmasının başçısı Rəhim Hümbətov məlumat vermişdir.
Beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi A.P.Çexov adına teatrın səhnəsində populyar şou-biznes ulduzları çıxış etmiş, Azərbaycanın əfsanəvi müğənnisi Müslüm Maqomayevin repertuarından mahnılar səslənmişdir. Aparıcı çıxışlararası fasilələrdə onun tərcümeyi-halından maraqlı faktlar da danışmışdır. Səhnədə M.Maqomayevin böyük portreti qoyulmuşdu.
Rusiya Dövlət Akademik Böyük Teatrının solistləri Yuri Zaytsman, Sergey Plyusnin və başqalarının ifasında mahnılar səslənmişdir.
Konsertin təşkilatçılarının - “Dünya istedadları” fondu kollektivinin fikrincə, bu, böyük artist və musiqiçinin xatirəsinə və istedadına olan ehtiramı nümayiş etdirir.
Azərbaycan icması adından Rəhim Hümbətov gözəl gecəyə görə artistlərə minnətdarlığını bildirərək demişdir: “Tamaşaçılar artistləri çox hərarətlə qarşılamışlar, böyük Müslüm Maqomayevin repertuarından mahnıları məmnuniyyətlə ifa etmiş müğənniləri fasiləsiz alqışlarla səhnəyə geri çağıraraq onun yaradıcılığına bir daha müraciət etmək imkanı yaratmışlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]