Yanvarın 20-si Ümumxalq hüzn günümüz, eyni zamanda, azadlıq uğrunda mübarizəmizin rəmzidir
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-si Ümumxalq hüzn günümüz, eyni zamanda, azadlıq uğrunda mübarizəmizin rəmzidir.
Şəhidlər xiyabanını ziyarətə gələn Xətai rayon sakini Qumaş Muradova AZƏRTAC-a bildirmişdir ki, burada uyuyan oğul və qızlarımız tariximizə şanlı səhifə yazmışlar. Bu tarixi biz matəm günü kimi deyil, qəhrəmanlıq tariximiz kimi qeyd etməliyik. Azərbaycanın azadlığı uğrunda canlarından keçən bu qəhrəmanlar, həmçinin gənc nəslimiz üçün də bir örnəkdir. Buna görə də mən hər il yanvarın 20-də Şəhidlər xiyabanını nəvəmlə ziyarət edirəm.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]