Yanvarın 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı vardır.
Temperatur gecə 3-5°, gündüz 5-9° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gündüz hava əsasən yağmursuz keçəcək, arabir duman olacaqdır.
Temperatur gecə 4-9°, bəzi yerlərdə 14°-dək şaxta, gündüz 2-7° isti, bəzi yerlərdə 2°-dək şaxta təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gündüz hava əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 0-5°, gündüz 6-11° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
əsasən gecə və axşam saatlarında bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı vardır. Arabir duman olacaqdır.
Temperatur gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5°, gündüz 9-14° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
əsasən gecə və axşam saatlarında bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 3-5°, gündüz 7-12° isti, dağlarda gecə 3-5°, gündüz 5-10° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 24-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 25-də arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.