YAP ƏRAZİ İLK PARTİYA TƏŞKİLATI HESABAT VERİR
Yığıncaq iştirakçıları əvvəlcə Dövlətqaçqınkomun binasında yaradılmış Heydər Əliyev muzeyi ilə tanış olmuş, ümummilli liderin burada ucaldılmış büstünün önünə gül qoymuşlar.
Sonra ilk təşkilatın sədri Vahid Məmmədov hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, təşkilat Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində çalışan 72 nəfəri birləşdirir. Hesabat dövründə üzvlük haqları vaxtında yığılmış, təşkilatın sıralarının artırılmasına xüsusi diqqət yetirilmişdir. Bildirilmişdir ki, ilk təşkilatın həyata keçirdiyi tədbirlərdə üzvlər, xüsusilə Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri, YAP Siyasi Şurasının üzvü Əli Həsənov yaxından iştirak edirlər. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkəmizin Prezidentinin imzaladığı fərman və sərəncamların layiqincə icra olunmasında ilk təşkilatın üzvləri səylərini əsirgəmirlər.
Məruzənin müzakirəsi zamanı Əli Həsənov, İsfəndiyar Əbdüləzimov, Ələddin Məmmədov, Pənah Əliyev, Qəhrəman Məmmədov, Anar Qüdrətov və başqaları çıxış etmiş, təşkilatın hesabat dövründə gördüyü işi məqbul qiymətləndirmişlər. Çıxışlarda təşkilatın sıralarında gənclərin sayının artırılması ilə bağlı təkliflər səslənmişdir.
Vahid Məmmədov yenidən təşkilatın sədri seçilmişdir.
YAP Siyasi Şurasının üzvü, partiyanın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov hesabat-seçki yığıncağında çıxış etmişdir.