YAP-ın 20 illik yubileyinə həsr olunmuş iməcilik aksiyası keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Yeni Azərbaycan partiyası (YAP) Xəzər rayon təşkilatının birgə təşəbbüsü ilə partiyanın 20 illik yubileyi münasibətilə iməcilik aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Aksiyada YAP-ın üzvləri və “Təmiz Şəhər” ASC-nin əməkdaşları daxil olmaqla 70-ə yaxın adam iştirak etmişdir. Aksiya Şüvəlan çimərliyinin təmizlənməsi məqsədi ilə həyata keçirilmişdir. Çimərlik plastik torba, butulka, kağız, karton və digər məişət tullantılarından təmizlənmiş, toplanmış materiallar təkrar emala yararlı hala salınmaq üçün hazırda sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna göndərilmişdir.
Tədbirdə “Təmiz Şəhər” ASC-nin sədr müavini Etibar Abbasov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Xəzər rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Balayev keçirilən aksiya haqqında məlumat vermiş, YAP-ın 20 illik yubileyi ilə əlaqədar görülən işlər və gələcək planlar haqqında danışmışlar.
Bildirilmişdir ki, YAP 20 il bundan əvvəl üzərinə götürdüyü vəzifəni şərəflə yerinə yetirir və ölkəmizin inkişafı üçün müstəsna xidmətlər göstərir. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində YAP ümumxalq partiyaya çevrilmiş və ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, partiyanın sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]