Yaponiyada itən helikopterin heyət üzvünə aid dəbilqə tapılıb
Pekin, 11 aprel, AZƏRTAC
Yaponiyanın Okinava prefekturasında aprelin 6-da itən helikopterin axtarışlarının gedişində heyət üzvündən birinə aid dəbilqə tapılıb.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, dəbilqə Okinavanın cənubundakı İrabucima adasının sahilində aşkarlanıb. Aprelin 9-da isə helikopterin yanacaq çəninin bir hissəsi tapılıb. Beş günlük axtarış işləri zamanı helikopterdə olan 10 nəfərdən heç biri tapılmayıb.
Qeyd edək ki, Yaponiyanın özünümüdafiə qüvvələrinə məxsus helikopter aprelin 6-da Okinava prefekturasının Miyakocima adası yaxınlığında səmaya qalxdıqdan təxminən 10 dəqiqə sonra yerli vaxtla saat 16:40-da (Bakı vaxtı ilə 11:40) radarlardan itib. Çoxməqsədli “UH-60” helikopterində 10 nəfər heyət üzvü, o cümlədən yerüstü özünümüdafiə qüvvələrinin 8-ci divizyonunun komandiri general-leytenant Yuiçi Sakamoto olub. Müdafiə Nazirliyinin və sahil mühafizə xidmətinin gəmi və helikopterləri, habelə sualtı qayıqlar axtarış işlərinə cəlb olunub.
Yerüstü özünü müdafiə qüvvələrinin komandanlığı helikopterin qəzaya uğradığını güman edir. Helikopterin martın sonunda təlimata uyğun olaraq 50 uçuş saatından sonra texniki baxışdan keçdiyi, heç bir nasazlığın aşkarlanmadığı bildirilir.
Yaponiyanın müdafiə naziri Yasukazu Hamada jurnalistlərə bildirib ki, helikopterdəki heyətin tapılması üçün bütün səylər davam etdiriləcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]