Yaponiyanın şərqində güclü yağışlar davam edir
Tokio, 1 iyul, AZƏRTAC
Yaponiya sinoptikləri iyulun 1-də və 2-də ölkənin Sakit okean sahillərində yerləşən şərq rayonlarında güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq yayıblar.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, isti və nəm hava kütlələri Yapon dənizi üzərində aşağı təzyiq sistemi əmələ gətirərək qeyri-sabit atmosfer şəraiti yaradıb. Bunun şərq istiqamətində hərəkəti Tokay və Kanto-Koşin regionlarında güclü yağışlara səbəb olub. Güclü yağışların iyulun 2-də günorta saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır.
Agentlik yerli əhalini daşqınlara, torpaq sürüşmələrinə hazır olmağa çağırıb. Sinoptiklər, həmçinin tornado, güclü külək və ildırım vurması riski barədə də xəbərdarlıq ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]