“Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində növbəti konsert olub
Bakı, 1 mart, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində növbəti konsert Xalq artisti Teymur Mustafayevin yaradıcılığına həsr olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib.
Konsertdə respublikanın tanınmış incəsənət ustaları tərəfindən bir-birindən parlaq ifalar səsləndirilib. Konsertin son nömrəsi olan “Sürməli qız” xalq mahnısı Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Teymur Mustafayev və Teyyub Aslanovun ifasında səslənib.
İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]
CENL-nin növbəti illik iclası yekunlaşıb
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]