YARAT uşaqlar üçün ustad dərsi keçirəcək
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvar ayı ərzində “Little YARAT” layihə çərçivəsində ustad dərsləri təşkil olunacaq.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, “Evim” adlı ustad dərsləri yanvarın 15-dən start götürəcək.
Ustad dərsinin iştirakçıları öz evlərinin xarici görüşünü təhlil edəcəklər və xatirələrini canlandıraraq onu kağız üzərində boyalarla çəkəcəklər.
Yanvarın 22-də isə mövzu “Günəş sistemi” olacaq. Ustad dərsində ilk növbədə iştirakçılar Günəş sistemi ilə tanış olacaqlar, daha sonra planetlərin çalarlarını təhlil edib, onları müxtəlif texnikalarla təsvir edəcəklər.
Yanvarın 29-da isə mövzu “Saat neçədir?” olacaq. İştirakçılar, gün ərzində zamanı necə idarə etdiklərini və hansı fəaliyyətlər ilə məşğul olduqlarını əks etdirən karton saat yaradacaqlar.
Ustad dərsi 4-7, 8-12 yaşarası uşaqlar arasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]