Yardımlıda bitkiçilik sahəsi üzrə məhsul toplanışı yekunlaşmaq üzrədir
Yardımlı, 12 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Yardımlı rayonunda sentyabrın 1-nə olan vəziyyətə görə bitkiçilik sahəsi üzrə 5369,0 hektar sahədən məhsul toplanıb. Toplanan məhsulun 4397,0 hektarı dənli və dənli paxlalılar, 812,0 hektarı kartof, 160,0 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir. Taxıl üzrə orta məhsuldarlıq hər hektara 23,7 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən bildirilib.
Paxlalı bitkilərə aid 363,0 hektar sahənin məhsulu tam toplanaraq 7260,0 sentner, tərəvəz bitkiləri sahəsi üzrə 168,0 hektar sahənin 160,0 hektarının məhsulu toplanaraq 18240,0 sentner, eləcə də 812,0 hektar kartof sahəsinin məhsulu tam toplanaraq 75597,0 sentner məhsul əldə edilib.
Son hesabat məlumatlarına əsasən artıq dənli, paxlalı eləcə də kartof məhsullarının toplanışı tam başa çatıb, tərəvəz və bostan məhsullarının toplanışı 99,2 faiz yerinə yetirilərək yekunlaşmaq üzrədir.
Kənd təsərrüfatı məhsullarının yığımı ilə paralel olaraq, 2024-cü ilin məhsulu üçün 819,0 hektar sahədə herik şumu aparılmış və bu istiqamətdə işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:40]
Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [17:12]
“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə
- 05.06.2026 [17:06]
Naxçıvanda 4037 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib
- 05.06.2026 [16:33]
Şəki-Zaqatala bölgəsi üzrə monitorinqə 7489 şagird cəlb edilib
- 05.06.2026 [14:36]
Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar
- 05.06.2026 [14:34]