Yardımlıda mal-qara otaran 62 yaşlı kişi qayadan yıxılaraq ölüb
Yardımlı, 8 aprel, İlkin Adıyev, AZƏRTAC
Yardımlıda 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonunun ucqar Peştəsər kəndində baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini, 62 yaşlı Ədalət Qasımov mal-qara otararkən təxminən 200 metr hündürlükdən, qayalıqdan yıxılıb. O, ağır bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ədalət Qasımov xəstəxanada dünyasını dəyişib.
Mərhumun meyiti daxili və xarici müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
- 29.09.2026 [09:44]
Cəlilabadda yaşayış evində yanğın olub
- 28.09.2026 [23:56]