Yasamal və Nərimanovda oğurluq edən 2 şəxs saxlanılıb
Bakı, 27 iyun, AZƏRTAC
Yasamal və Nərimanov rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Yasamal rayonunda yerləşən restoranların birindən 5580 manat dəyərində kompüter, 2 monitor və məişət əşyaları oğurlanıb.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı E. Mikayılov müəyyən olunaraq saxlanılıb.
Nərimanov rayonunda isə paytaxt sakininə məxsus 1000 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 22 yaşlı F.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:42]
Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
- 08.06.2026 [17:15]
“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb
- 08.06.2026 [17:13]
Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir
- 08.06.2026 [16:54]
DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [16:37]