Azərbaycan Dövlət İnformasiya Agentliyi

“YAŞIL ENERGETİKA”
BİRLƏŞMİŞ ŞTATLARLA ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Hafiz Paşayevin təşəbbüsünə cavab olaraq, sentyabrın ortalarında ABŞ-ın Energetika Nazirliyi Kolorado ştatındakı Bərpa olunan enerji üzrə Milli Laboratoriya adlanan elmi mərkəzə onun tanışlıq səfərini təşkil etmişdir. Bir qədər əvvəl səfir Tennessi ştatındakı məşhur Oak Ric Milli Laboratoriyasında da olmuşdur. Əsas məqsəd ölkələrimiz arasında neft və qaz energetikası sahəsində mövcud müsbət əməkdaşlığın təcrübəsini genişləndirmək, alternativ enerji mənbələrindən Azərbaycanda istifadənin perspektivlərini öyrənmək idi.

AZƏRTAC səfir Hafiz Paşayevin həmin səfərlərdən aldığı təəssüratlar əsasında yazdığı məqaləni oxuculara təqdim edir.

Keçən əsrin 70-ci illərində Yaxın Şərqdəki siyasi böhran nəticəsində dünyanı, xüsusən də Qərb ölkələrini enerji böhranı bürümüşdü. Amerikaya ilk ezamiyyətim həmin illərə təsadüf etdiyindən vəziyyətin nə dərəcədə gərgin olduğunun şahidi idim. Özünəməxsus istehlakçı həyat tərzinə adət etmiş Amerika xalqını qənaət rejiminə dəvət etmək o qədər də asan iş deyildi. Birləşmiş Ştatların hökuməti geniş tədbirlərin tətbiqini ən vacib məsələ kimi gündəliyə gətirərək, ilk növbədə, qanunvericilik təşəbbüsləri, enerjiyə qənaət edilməsinə yönəlmiş tənzimləmələr həyata keçirməyə çalışırdı.

Eyni zamanda, neftə alternativ enerji mənbələrin istifadəsi proqramının hazırlanmasına Amerikada ilk dəfə olaraq ciddi təkan verilmişdi. 1976-cı il Prezident seçkilərinin qalibi Cimmi Karter seçkiqabağı təbliğatında problemə böyük önəm vermiş və hətta özünün inaqurasiya mərasimində qızdırıcı kimi günəş şüalarını elektrik enerjisinə çevirən yarımkeçirici cihazların istifadə olunacağını bəyan etmişdi. Prezidentliyi dövründə o, Ağ Evin damında qurulmuş günəş cihazlarının vasitəsilə suyun qızdırılması faktını tez-tez jurnalistlərın diqqətinə gətirərdi. Öz proqramında Prezident Karter 2000-ci il üçün ölkənin elektrik enerjisinə tələbatının 20 faizinin bərpa olunan enerji mənbələri hesabına ödənilməsini bir məqsəd kimi qoymuşdu.

Hazırda bu rəqəm yalnız 6 faizdir. Amma yada salmaq yerinə düşər ki, ilk neftayırma qurğusunun tikilməsindən yalnız 50 il sonra Amerikanın enerji balansında neftin payı 10 faizə çatmışdı. Həmçinin, təbii qazın da payının 10 faizə çatması üçün 60 il lazım olmuşdur.

Məqsədə doğru yol hələ də uzun görünsə, keçən əsrin son onilliklərində bu yolda elm və texnologiyalar sahəsində əldə edilmiş nailiyyətlər bərpa olunan enerji mənbələrindən istifadə perspektivlərini çox artırmışdır. Amerikada üç əsas amil bu sahədə işlərin sürətlənməsinə səbəb olmuşdur:

1. “Enerji müstəqilliyi” – xaricdən idxal olunan yanacaqdan asılılığın azaldılması. Maraqlıdır ki, 30 il bundan əvvəl olduğu kimi, builki prezident seçkilərində də demokratların namizədi C.Kerrinin proqramında xüsusi federal qanunun qəbul edilməsi nəzərdə tutulur: 2020-ci ildə ölkədə elektrik enerjisinin 20 faizi bərpa edilən enerji mənbələri hesabına istehsal olunmalıdır.

2. Alternativ və ənənəvi yanacaqdan alınan enerjinin qiymətləri

arasındakı mövcud fərq sürətlə azalmaqdadır. Misal üçün qeyd edək ki, Günəş enerjisini elektrik enerjisinə çevirən yarımkeçirici cihazların qiyməti (bir vatt vahidinə) 1976-cı ildə 100 dollar idisə, indi 3 dollardan ucuz satılır və gözlənilir ki, hər il əlavə ən azı 5 faiz ucuzlaşacaqdır. Hətta indinin özündə, elektrik ötürücü şəbəkələrindən uzaq yerlərdə Günəş enerjisinin istifadəsi daha mənfəətlidir. Külək turbinlərinin istifadəsinə gəldikdə, onlardan alınan elektrik enerjisinin qiyməti (bir kilovat-saat üçün) hazırda 3 sentə qədər endirilmişdir ki, bu da təbii qazın hesabına alınan enerjinin qiymətindən aşağıdır.

3. Üçüncü amil dünyada, xüsusən inkişaf etmiş ölkələrdə ekologiya və ətraf mühitin qorunmasına ictimai diqqətin kəskin dərəcədə artması və müvafiq qadağaqoyucu tədbirlərin tətbiqi ilə bağlıdır. Şübhə yoxdur ki, Kioto Protokolunun tələbləri getdikcə qaçılmaz olacaq, beynəlxalq münasibətlərin vacib tərkib hissəsinə çevriləcəkdir.

Dünyada yeni texnologiyalar bazarındakı rəqabət də alternativ enerjiyə diqqəti artırmışdır. Hazırda külək və Günəşdən əldə olunan elektrik enerjisinin artımı ildə 30 faizdir. Nəzərə alınmalıdır ki, Amerika ilə müqayisədə, bəzi enerji növlərinin istifadəsi yönəmində Avropa və Yaponiyanın nailiyyətləri daha gözəçarpandır. ABŞ Günəş enerjisi sahəsində aparılan tədqiqatlarda əsas oyunçu olsa da, Yaponiya və Almaniya cihazların istehsalı və tətbiqində Amerikadan çox irəlidədirlər. 2003-cü ildə dünyada Günəş enerjisindən istifadə üçün istehsal olunmuş cihazların 44 faizi Yaponiyanın payına düşmüşdür. 2001-ci ilə olan məlumata görə, Yaponiyada Günəş enerjisindən istehsal edilən enerjinin həcmi Amerikadakından 4 dəfə, Almaniyada isə 2 dəfə çox olmuşdur.

Amerikada alternativ enerjinin tətbiqində yerli, ştat hökumətləri federal hökumətdən daha fəal və təşəbbüskardırlar. Bəzi ştatların qanunvericiliyində və vergi siyasətlərində elə dəyişikliklər edilmişdir ki, bərpa olunan energetika sahəsində sərmayələrin yerləşdirilməsi daha mənfəətli görünsün. Kaliforniya, Nyu-York ştatlarında və daha 15 ştatda yeni qəbul edilmiş tələblərə cavab olaraq, yaxın onillikdə bərpa olunan mənbələrdən 22.000 meqavat enerji əldə ediləcəyi planlaşdırılır ki, bu da neft, qaz və ya kömürlə işləyən 40-dan artıq böyük elektrik stansiyasının tikilməsinə ehtiyacı aradan götürəcəkdir. Proqnozlara görə, 2020-ci ildə ABŞ-da təkcə külək turbinlərindən alınan enerjinin həcmi 100.000 meqavat təşkil edəcəkdir.

ABŞ-ın Energetika Nazirliyi tərəfindən maliyyələşdirilən Oak Ric Milli Laboratoriyasında (Tennessi) və Bərpa olunan enerji üzrə Milli Laboratoriyasında (Kolorado) çalışan alim və mühəndislər “yaşıl energetikanın” bütün növlərini əhatə edən fundamental elm və yeni texnologiyalar sahəsində işlər aparırlar. Günəş, külək, biokütlə, geotermal, hidrogen mənbələrindən səmərəli istifadənin elmi və texnoloji əsaslarını araşdırmaqla yanaşı, hər iki laboratoriyada tətbiqi və iqtisadi problemlərin öyrənilməsinə də böyük diqqət yetirilir. Burada həm uzaq gələcəyə yönəlmiş (mürəkkəb ifratkeçirici materiallardan hazırlanan kabellər), həm də tezliklə istehsala tətbiq edilə bilən (enerjiyə qənaətli evlərin inşa texnologiyası) tədqiqatların səviyyəsi valehedicidir.

Təbii ki, dünyanın bir çox ölkələri, xüsusən inkişaf və keçid dövrlərini yaşayan ölkələr həmin laboratoriyalarla əməkdaşlıq etməkdə çox maraqlıdırlar. Amerika tərəfi də belə əməkdaşlığı alqışlayır, çünki bu, onun özünün beynəlxalq strateji məqsədlərinə uyğundur: “yaşıl energetikanın” geniş tətbiqi dünya enerji bazarlarını genişləndirir, yeni biznes, iş yerlərinin açılmasına səbəb olur.

Kolorado laboratoriyasında beynəlxalq məsələlər üzrə xüsusi qrup ABŞ-ın maliyyə imkanları ilə yanaşı, digər donor dövlətlərin, özəl sektorun vəsaitlərini də cəlb edir və ölkələrin bərpa olunan enerji resurslarının qiymətləndirilməsində, bu sahədə siyasətin və proqramların işlənib hazırlanmasında, layihələrin təşviqində, yerli mütəxəssislərin yetişdirilməsində əvəzolunmaz yardım göstərir. Belə fəaliyyətin nəticəsində 20-dən artıq ölkənin bərpa olunan enerji potensialını açıqlayan xəritə və cədvəllər hazırlanmışdır. Onlar konkret layihələrin həyata keçirilməsində çox vacib alət olmuşdur. Belə ki, 1998-ci ildə Çin ilə başlanmış əməkdaşlıq ölkənin 10-cu beşillik planında alternativ enerjiyə aid xüsusi maddənin daxil edilməsinə gətirmiş və 2010-cu ildə Çində istifadə olunan bu enerjinin payının 10 faizə çatdırılması məqsəd kimi göstərilmişdir. Başqa bir maraqlı misal Filippin dövləti ilə bağlıdır. Həmin ölkənin hökuməti külək enerjisinin imkanlarını yalnız Kolorado laboratoriyası tərəfindən hazırlanmış xəritələri gördükdən sonra dərk etmiş və qısa bir zamanda 120 meqavatlıq üç layihənin həyata keçirilməsinə müvəffəq olmuşdur.

Azərbaycan üçün nümunə Meksika ola bilər. Zəngin neft mənbələrinə malik bu dövlət də külək və digər bərpa olunan enerji potensialını reallaşdırmağa tələsir. Hazırda Amerika şirkətlərinin sərmayələri hesabına 30 meqavat enerji istehsal edən külək elektrik stansiyası qurulmaqdadır. Laboratoriya, həmçinin Meksikanın aqrar sahələrinin alternativ enerji ilə təmin olunması üçün əməliyyat planı tərtib etmişdir.

Yuxarıdakı fakt və nümunələri sadalamaqdan məqsəd “yaşıl energetika”nın bugünkü dünyada reallığını və praktiki əhəmiyyətini göstərməkdən ibarətdir. Şübhəsiz ki, alternativ enerji sahəsində proqramın tərtib olunması Azərbaycan üçün də vacib və aktual məsələdir. Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncam bu istiqamətdə atılmış çox vacib addımdır. Proqram üzrə dövlətin və özəl sektorun birgə səylərini cəmləşdirərək, ölkəmizin enerji balansında külək, Günəş və digər enerji mənbələrinin payının artırılmasına nail ola bilərik. Hazırda, neft və qaz sərvətlərinin mövcudluğuna görə bu işin həyata keçirilməsini naməlum gələcəyə saxlamaq olmaz. Əksinə, neftin hazırda yüksək qiymətini nəzərə alaraq hətta tələsməliyik ki, bu vəziyyətdən faydalanaraq, iqtisadiyyatımızın uzaq gələcəyini təmin edən layihələrin özülünü möhkəmləndirək.

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində Amerikanın təcrübəsindən və yüksək texnoloji potensialından istifadə imkanlarını araşdırmaq məqsədi ilə səfirlik ABŞ-ın dövlət və özəl strukturları ilə məsləhətləşmələr aparmış, bir neçə təşəbbüs irəli sürmüşdür. 1997-ci ildə karbohidrogen enerji resursları sahəsində ölkələrimiz arasında əməkdaşlığa dair imzalanmış sənədin müsbət rolunu xatırlayaraq, səfirlik ABŞ-ın Energetika Nazirliyi qarşısında yeni “Enerji dialoqu”nun imzalanması barədə təşəbbüs qaldırmışdır. Razılaşdırılmış sənəd yaxın gələcəkdə nazirlər səviyyəsində imzalanacaq və inanırıq ki, bununla energetikanın müxtəlif sahələrini əhatə edən əməkdaşlığımıza yeni təkan veriləcəkdir. İqtisadi və ekoloji mənfəətlər verən enerjiyə qənaət üsulları üzrə və bərpa olunan enerji texnologiyaları sahəsində əməkdaşlığımız ölkəmizin energetika sənayesinə özəl sərmayələrin gətirilməsində vacib amildir.

Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin ümumi strategiyasının işlənilməsini, konkret layihələrin müəyyənləşdirilməsini nəzərdə tutaraq, Amerikanın Ticarət və İnkişaf Agentliyi ilə danışıqlar aparılmışdır. Nəticədə, Azərbaycana xüsusi qiymətləndirmə missiyasının səfəri maliyyələşdirilmiş və həyata keçirilmişdir. Missiyanın hazırladığı hesabatda bərpa olunan energetikanın inkişaf siyasətinə tövsiyələrlə yanaşı, konkret olaraq Naxçıvanın enerji resurslarına aid açıqlamalar da verilmişdir. Respublikamızın bu bölgəsində elektrik enerjisinə tələbatın, əsasən, qonşu ölkələrdən idxalın hesabına ödənilməsini nəzərə alaraq hesab edirik ki, ilk növbədə, məhz orada alternativ resurslardan istifadə inkişaf etdirilməlidir. Hesabatda gətirilən rəqəmlərin ilkin təhlili göstərir ki, külək turbinlərinin istifadəsi iqtisadi cəhətdən əlverişli olacaqdır. Bu işin reallaşdırılmasını Kolorado laboratoriyasının alimləri ilə müzakirə edərkən müəyyən olunmuşdur ki, onlar qonşu Ermənistanın külək resurslarını əks etdirən xəritəni ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin sponsorluğu ilə tərtib etmişlər. Həmin xəritədən görünür ki, Naxçıvanla sərhəd zonalarda külək enerjisinin istifadəsi real və əlverişlidir. Alimlər öz təcrübələrinə istinad edərək bildirmişlər ki, Azərbaycanda hər hansı bir konkret layihə başlanmasından öncə dəqiq xəritənin çəkilməsi əsas şərtdir. Oktyabrın əvvəllərində Vaşinqtonda keçirilmiş iqtisadi əməkdaşlıq üzrə ABŞ-Azərbaycan işçi qrupunun iclasında bu məsələyə də xüsusi diqqət yetirilmişdir.

Hesab edirik ki, Azərbaycan tədqiqatçılarının ABŞ Energetika Nazirliyinin milli laboratoriyalarının alim və mühəndisləri ilə müzakirə və mübadilə prosesinin yaradılması günün tələbidir. Kolorado laboratoriyasında Günəş enerjisini elektrik enerjisinə çevirən cihazlar və istifadə olunan yarımkeçirici birləşmələrlə tanışlıq zamanı 1970-ci illərdə respublikamızın Elmlər Akademiyasında həmin istiqamətdə aparılmış işlər haqqında verdiyim məlumat böyük maraqla qarşılanmışdır. Razılıq əldə olunmuşdur ki, ilk əməkdaşlıq təcrübəsi kimi, Kolorado mərkəzi ölkəmizdən bir alimin uzunmüddətli ezamiyyətinin maliyyələşdirilməsini öz boynuna götürsün. Çox istərdim ki, bununla bərpa olunan enerji resurslarının tədqiqatı sahəsində çalışan hər iki ölkə alimləri arasında müntəzəm əməkdaşlıq başlansın. Alimlərimizin ABŞ-da və digər ölkələrdə keçirilən konfranslarda iştirakı da belə əməkdaşlığın vacib hissəsi olmalıdır.

Azərbaycanda bərpa olunan enerji resurslarından istifadənin inkişaf etdirilməsi istiqamətində Almaniya, Yaponiya və digər ölkələrin təşkilat və şirkətləri ilə başlanmış əməkdaşlıq təqdirəlayiqdir. Amerikanın bu sahədə elmi, texnoloji və maliyyə potensialından faydalanmağın da vaxtı çatmışdır.

Hafiz Paşayev,

Azərbaycan Respublikasının Amerika

Birləşmiş Ştatlarındakı səfiri.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub

Sabah yağış yağacaq

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır