“Yay Fest” ikiillik fasilədən sonra yenidən açıq elan olunub
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycanın ən böyük gənclər festivalı daha fərqli, daha böyük və daha möhtəşəm formatda yenidən gəlir. “Yay Fest” ikiillik fasilədən sonra yenidən açıq elan olunub.
AZƏRTAC xəbər verir ki, festival bu dəfə daha möhtəşəm, daha maraqlı, daha rəngarəng və iri miqyasda keçiriləcək.
1 ay ərzində keçiriləcək festival 5 fərqli düşərgədən ibarət olacaq. Hər bir gənc yalnız 1 düşərgədə iştirak edə bilər. Qeydiyyatdan keçərkən qeyd olunan tarix və mövzulara görə iştirakçılara uyğun düşərgə seçilməlidir.
Hər biri 5 gün olmaqla, 5 fərqli mövzuda 5 fərqli düşərgə təşkil olunacaq.
Qeyd edək ki, Şamaxıda keçiriləcək festivalda iştirak haqqı qazanan gənclər yaşayış çadırlarında gecələyəcəklər.
Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəal və yüksək göstəricilərə malik gənclərə üstünlük veriləcək.
Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID Pasportu (minimum 1 doza olmaqla) və ya immunitet sertifikatı mütləqdir.
Qeydiyyat http://yayfest.az/ saytı vasitəsilə aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]