Yay məktəbində iştirak etmiş UFAZ tələbələri ilə görüş
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak etmiş Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşü olub.
Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib.
Görüşdə V.Əskərov yay məktəbinin təşkili və onun əhəmiyyəti barədə məlumat verib. O, yay məktəbində iştirak etmiş tələbələri təbrik edib.
Tələbələr yay məktəbi ilə bağlı təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, UFAZ tələbələrindən 40 nəfəri Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edib. Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda, Strasburq Universitetinin yer elmləri, geofizika, kimya üzrə müxtəlif elmi-tədris laboratoriyalarında dərslər daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:17]
Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]