Yekaterinburqda Baş konsulluğun adından iftar süfrəsi təşkil edilib
Yekaterinburq, 8 aprel, AZƏRTAC
Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki Baş konsulluğu şəhərin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı və türk tələbələr, habelə diaspor fəalları üçün iftar süfrəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, iftardan əvvəl ictimai işlərdə fəal iştirak edən bir qrup diaspor üzvünə Baş konsulluq tərəfindən təşəkkür elan olunub, daha sonra müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
İftar proqramında çıxış edən baş konsul vəzifələrini icra edən Şöhrət Mustafayev tələbələr və diaspor fəalları qarşısında çıxış edib, onların problemləri ilə yaxından maraqlanıb.
Tədbirdə Baş konsulluğun əməkdaşları, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Rusiya Azərbaycanlı Gənclər Birliyi Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:53]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:42]
“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu
- 07.10.2026 [15:35]
Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb
- 07.10.2026 [15:31]