Yəmənin cənub-qərbində baş verən partlayışda 4 əsgər həlak olub
Bakı, 24 sentyabr, AZƏRTAC
Yəmənin cənub-qərbində avtomobilin partladılması nəticəsində azı 4 əsgər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Şəbva əyalətində baş verib. Dörd hərbçinin olduğu təcili yardım maşını partladılıb.
“Sky News - Arabia”nın xəbərinə görə, partlayış təcili yardıma deyil, hərbi maşına yönəlib. Hücum zamanı 3 əsgər də yaralanıb. Telekanal partlayışın arxasında “Əl-Qaidə” terror qruplaşmasının ola biləcəyini bildirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]