YENİ AZƏRBAYCAN PARTİYASI SİLAHLI QÜVVƏLƏRİMİZƏ YARDIM KAMPANİYASINI UĞURLA DAVAM ETDİRİR
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, bu siyasi qurum ümummilli liderimiz Heydər Əliyevin Milli Orduya ümumxalq dəstəyi çağırışını və Prezident İlham Əliyevin silahlı qüvvələrimizi daha da gücləndirmək xəttini rəhbər tutaraq ardıcıl surətdə müvafiq yardım kampaniyaları keçirir. Yeni Azərbaycan Partiyasının bütün strukturları və regional təşkilatlarının fəal iştirak etdiyi aksiya getdikcə daha geniş miqyas alır.
Təkcə 2006-cı ildə Milli Orduya yardım kampaniyası çərçivəsində iki aksiya keçirilmişdir. Bu aksiyalar zamanı göstərilən yardım 15 min manatdan (AZN) çox olmuşdur.
Yeni Azərbaycan Partiyası xeyirxah fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]