YENİ AZƏRBAYCAN PARTİYASININ MƏNZİL- QƏRƏRGAHINDA ATƏT-İN SƏFİRİ İLƏ GÖRÜŞ
Görüşdə 6 noyabr parlament seçkilərinin nəticələri və seçkilərdən sonra ölkənin ictimai-siyasi həyatı ilə bağlı ümumi vəziyyət barədə geniş fikir mübadiləsi aparılmışdır.
Dialoqun partiyalar arasında qarşılıqlı anlaşma və normal siyasi münasibətlərin yaradılmasında xüsusi rolunu vurğulayan Ə.Əhmədov bildirmişdir ki, YAP bu gün də bütün siyasi qüvvələr arasında dialoqun bərpa edilməsinə tərəfdardır və belə bir təşəbbüsün reallaşacağına əmindir. Lakin bəzi müxalifət qüvvələrinin yalnız onların namizədlərinin qalib gəldiyi dairələrdə seçkilərin şəffaf keçirildiyi barədə verdiyi rəy həmin siyasi qüvvələr tərəfindən düzgün qərarın qəbul edilməsinə mənfi təsir göstərir.
YAP-ın sədr müavininin ətraflı və obyektiv məlumatını yüksək qiymətləndirdiyini qeyd edən ATƏT təmsilçisi, iqtidar-müxalifət dialoqunun mühüm əhəmiyyətə malik olduğunu bildirmiş və dialoqun keçirilməsi barədə Yeni Azərbaycan Partiyasının mövqeyinin təqdirəlayiq olduğunu nəzərə çatdırmışdır.