YENİ İLİ YENİ MƏNZİLLƏRDƏ QARŞILAYACAQLAR
Şəmkirin Könüllü kəndinin sakinləri, ikinci qrup Qarabağ müharibəsi əlilləri Qoşqar Hüseynovun və Famil Əliyevin bu günlər sevincləri hədsizdir.
Rayon sosial təminat şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Yeni il ərəfəsində hər iki gəncə respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti hesabına tikilmiş 4 otaqlı mənzillərin açarları verilmişdir. Bu münasibətlə keçirilmiş təntənəli mərasimdə çıxış edənlər yüksək qayğıya görə ölkəmizin Prezidenti Heydər Əliyevə və respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dərin minnətdarlıqlarını bildirmişlər. Axırda rayonun bir sıra idarə və müəssisələrinin, ictimai təşkilatların nümayəndələri təzə mənzil alan Qarabağ müharibəsi əlillərinə qiymətli ev əşyaları hədiyyə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]