YENİ POÇT AÇIQCALARI BURAXILMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Türkiyədə çap edilmiş həmin açıqcalar nəfis tərtibat və yüksək zövqlə hazırlanmışdır. Milli mənəvi dəyərlərimizə uyğun təsvirlər əks olunmuş açıqcaları istənilən poçt şöbələrindən almaq olar.
Bunlar yüksək keyfiyyətlə hazırlanmaqla yanaşı, qiymət fərqi ilə də digər şirkətlərin buraxdığı açıqcalardan iki dəfə ucuzdur.