YENİ POÇT ŞÖBƏLƏRİ TİKİLİR
“Azərpoçt” Dövlət Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, Bakı və ətraf kənd, qəsəbələrdə 26 yeni poçt binası tikilir. Əhalinin poçt xidmətinə artan tələbatını ödəmək üçün yaxın illərdə təzə açılacaq şöbələrin sayı 50-yə çatdırılacaqdır.
Qeyd edək ki, hazırda Bakıda 104 poçt şöbəsi fəaliyyət göstərir və onlara 300 kompyuter verilmişdir. Respublikada isə poçt şöbələrinin sayı 3 mindir.