YENİ XİDMƏT OBYEKTİNDƏ QIRXA YAXIN İŞÇİ ÇALIŞACAQDIR
Gözəl memarlıq görünüşü və hər cür rahatlığı olan “Şirvangöl” şadlıq evi son vaxtlar Şamaxıda istifadəyə verilən sosial obyektlərdən biridir. 350 yerlik salonu olan şadlıq sarayında nümunəvi xidmət göstərmək üçün hər cür şərait var.
Sahibkar Lazım Xanlaroğlu AZƏRTAC-ın müxbirinə demişdir ki, şadlıq evində hazırda 27 nəfər çalışır. Yeni təsərrüfat sahəsinin yaradılması istiqamətində tədbirlər görülür. Nəticədə istifadə olunan heyvandarlıq və kənd təsərrüfatı məhsullarını özümüz istehsal edəcəyik. Bu isə daha 10 nəfər üçün iş yeri açılmasına imkan verəcəkdir.