Yeniyetmə boksçularımız Avropa birinciliyində mübarizə aparacaqlar
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 3-də Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi başlayacaq.
AZƏRTAC xəbər verir ki, 9 gün davam edəcək çempionatda Azərbaycan yığması həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.
Oğlanlardan ibarət komandamız birincilikdə 11 boksçu ilə təmsil olunacaq. Belə ki, baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Vüqar Məmmədovun rəhbərliyi altında Tofiq Quliyev (46 kq), Kənan Babayev (48 kq), Ənəs Ağayev (50 kq), Mahir Süleymanov (52 kq), Məhəmmədəli Qasımzadə (54 kq), Nadir Məlikov (57 kq), Fuad Babayev (60 kq), Fərhad Şeydayev (63 kq), Ziya Həsənov (66 kq), Lətif Həsənov (70 kq) və Eldar Əsədli (80 kq-dan yuxarı) mübarizə aparacaqlar.
Qızların yarışında isə yığmamız baş məşqçi Elbrus Rzayevin deyil, böyük məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında gücünü yoxlayacaq. Çempionatda ölkəmizin idman şərəfini Lilya Platova (54 kq), Emili Rzayeva (63 kq) və Ayna Rüstəmova (66 kq) qoruyacaqlar.
Avropa birinciliyinin püşkü iyulun 2-də atılacaq. Final görüşləri isə ayın 11-də baş tutacaq.
Yarışda 30 ölkədən 300-dən çox boksçunun iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]