Yevgeni Pluşenko Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib
Bakı, 16 yanvar, AZƏRTAC
Fiqurlu konkisürmə üzrə Olimpiya, üçqat dünya və yeddiqat Avropa çempionu Yevgeni Pluşenko Bakıda Fəxri xiyabanı ziyarət edib, Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.
Xatırladaq ki, rusiyalı idmançı özünün məşhur “Yevgeni Pluşenkonun nağılları” buz şousunun qastrol səfəri çərçivəsində Bakıdadır.