YOL-NƏQLİYYAT QƏZASI BAŞ VERMİŞDİR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Gəncə Əliyevin idarə etdiyi “Zil-131” markalı yük maşını Nizaməddin Möhtərəmova məxsus “VAZ-2101” markalı avtomobillə toqquşmuşdur. Nəticədə avtomobilin sürücüsü xəsarət almış, onun atası 70 yaşlı İsaq Möhtərəmov xəstəxanada keçinmişdir.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.