YOL TİKİNTİSİ SAHƏSİNDƏ ÇİN TƏCRÜBƏSİNİ ÖYRƏNMƏYƏ DƏYƏR
“Avtomobil yollarının inkişafı, avtonəqliyyatçılara əlverişli şərait yaradılması, daşımaların artırılması” mövzusuna həsr edilmiş konfransda Çin Xalq Respublikasının nəqliyyat və kommunikasiya nazirinin məruzəsi dinlənilmiş, bütün nümayəndə heyətlərinin, o cümlədən Azərbaycan nümayəndələri də çıxış etmişlər. Azərbaycanda bu istiqamətdə görülən işlər və TRASEKA dəhlizinin perspektivləri barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Konfrans iştirakçılarına Avropa-Qafqaz–Asiya nəqliyyat dəhlizi ilə bağlı Azərbaycanda görülən işlər və yol tikintisi sahəsində dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə müxtəlif broşürlər, kitab və jurnallar paylanmışdır. Həmin materialları bu ölkədəki səfirliyimiz Çinin Nəqliyyat və Kommunikasiya Nazirliyinə rəsmi qaydada çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:13]
Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək
- 05.10.2026 [13:31]
Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır
- 05.10.2026 [12:31]