YOXSULLUĞUN AZALDILMASINA DAİR ÜÇÜNCÜ FORUMDA AZƏRBAYCANIN STRATEGİYASI BƏYƏNİLMİŞDİR
MDB-nin 7 ölkəsində yoxsulluğun azaldılmasına dair Qazaxıstanın Almatı şəhərində keçirilmiş forumda iştirak edən donor ölkələrin iqtisadi ekspertləri və nümayəndələri Azərbaycanda yoxsulluğun azaldılmasına dair dövlət proqramının işlənib hazırlanmasını bəyənmişlər.
Dünya Bankının mətbuat üçün yaydığı məlumatda bildirilir ki, 7 ölkənin hamısında iqtisadiyyat yüksəlişdədir, yoxsulluğun azaldılmasına dair strategiyaların hazırlanmasında böyük tərəqqi əldə olunmuşdur. Sənəddə deyilir: “Ən mühümü dövlət idarəçilyinin təkmilləşdirilməsi və biznes üçün sağlam mühitin dəstəklənməsi tədbirləri ilə tamamlanan makroiqtisadi sabitliyi qoruyub saxlamaqdır”.
Forumda çıxış edən BMT İP-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Mario Borsottinin sözlərinə görə, ölkədə yoxsulluğun azaldılması strategiyasının işlənib hazırlanmasına donorların fəal surətdə cəlb edilməsi üçün hər cür şərait yaradılmışdır. Onlar məşvərət şurasında da təmsil olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]