YÜK DAŞINMASININ HƏCMİ ARTIR
Stansiyadan AZƏRTAC-a verilən məlumata görə, 9 ayda yükdoldurma tapşırığı 116,4 faiz yerinə yetirilmiş, 4 milyon 597 min 874 ton yük yola salınmışdır. Bu isə tapşırıqdan 648 min 745 ton çoxdur. Yükboşaltma tapşırığı 117,2 faiz yerinə yetirilmiş, 3 min 267 vaqon əvəzinə 3 min 832 vaqon boşaldılmışdır. Vaqonların səmərəsiz dayanması 24,4 vaqon-saatdan 16,5 vaqon-saata endirilmişdir. Gəmi-bərə vasitəsilə 20 min 762 vaqon yük yola salınmış, 12 min 419 vaqon qəbul edilmişdir. Yüklərin itkisiz daşınması, hərəkətin və işçilərin təhlükəsizliyi təmin olunmuşdur.