Yüksək Texnologiyalar Parkının ərazisində abadlaşdırma işləri aparılır
Bakı, 19 aprel, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) növbəti dəfə ərazinin abadlaşdırılması və təmir-bərpa işlərinə başlanılıb.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, 20 hektar sahəni əhatə edən ərazidə həyata keçirilən əsaslı abadlıq-quruculuq və yenidənqurma nəticəsində yaşıllaşdırma işləri genişləndirilir, yaşıllıqlara aqrotexniki qulluq göstərilərək yeni ağaclar, gül-çiçək kolları əkilir, budama aparılır. Bununla yanaşı, yaşıllığın qorunması üçün suvarma işləri həyata keçirilir. Həmçinin sahədə yerləşən binaların fasadlarının rənglənməsi, yolkənarı bordürlərin yenilənməsi, ərazinin tullantılardan təmizlənməsi işləri görülür.
Qeyd edək ki, abadlaşdırma işləri çərçivəsində ərazidəki bütün işıq dirəklərinin müasirləşdirilməsi nəzərdə tutulur.