Yunan-Roma güləşçilərimiz ikinci Avropa Oyunlarına Estoniya və İsveç təmsilçiləri ilə birgə hazırlaşırlar
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 25-dən 30-dək Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində güləş yarışları keçiriləcək. Oyunlarda ölkəmizi 6 sərbəst, 5 yunan-Roma və 5 qadın güləşçi təmsil edəcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yığmalarımız məsul yarış ərəfəsində son hazırlıq prosesinə start veriblər. Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz sonuncu təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində keçirlər. Göygöldə daha çox fiziki məşqlər keçirilmişdisə, Bakıda taktiki-texniki çalışmalara üstünlük veriləcək. Yunan-Roma güləşçilərimiz Estoniya və İsveç yığmalarının üzvləri ilə birgə toplanış keçir.
Qadınlarımız isə iyunun 8-dən Belarusdadır. Oyunların keçiriləcəyi məkana daha öncədən yollanan millimiz yarışadək Minskdə yerli komanda ilə birgə toplanışı davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]