Yunanıstan Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı bəyannaməyə qoşulub
Kiyev, 22 avqust, AZƏRTAC
Yunanıstan Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı G7 bəyannaməsinə qoşulmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Afinada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
"Yunanıstan Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı G7 bəyannaməsinə qoşulub. Biz təhlükəsizlik zəmanətlərinin formatını effektiv təhlükəsizlik təminatlarına ehtiyacı olan digər dövlətlər üçün modelə çevirmək istiqamətində bu işi ikitərəfli səviyyədə davam etdirəcəyik. Dünya bir dövlət kimi mütləq daha sabit olacaq”, - deyə Zelenski əlavə edib.
Xatırladaq ki, NATO-nun iyul ayında Vilnüsdə keçirilən sammiti zamanı G7 ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalamaq qərarına gəliblər.
Belə bir təşəbbüs Ukraynaya təhlükəsizlik və iqtisadiyyat sahəsində uzunmüddətli dəstək verir. İstənilən ölkə qoşula bilər.
Bəyannaməyə qoşulanlar arasında Çexiya, Danimarka, Niderland, Norveç, İspaniya və İsveç var.
Bununla yanaşı, Ukrayna artıq ABŞ və Britaniya ilə təhlükəsizlik təminatı məsələsi ilə bağlı ikitərəfli danışıqlara başlayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]