YUNESKO TEKİLANI QORUYACAQ
YUNESKO ekspertlərinin fikrincə, Tekila vulkanının ətəkləri ilə Rio Qrande çayı vadisi arasındakı ərazi nadir tarixi landşaftdır. Burada İspaniya istilasından əvvəlki və müstəmləkə dövrləri memarlığının misilsiz nümunələri, habelə aqavadan qədim kustar üsulla içkilər istehsal edən müəssisələr saxlanılmışdır.
Dünya irsi siyahısına Meksika plantasiyaları ilə yanaşı, daha 19 obyekt salınmışdır. Onların arasında baxımsız qalan Syuell şəhəri (Çili), Genuyadakı Rolli sarayları, dünyada ən böyük mixi yazılarının saxlandığı Behistun rayonu (İran), İspaniyanın Bilbao vilayətindəki Biskay körpüsü, Vrotslavdakı Yüzillik zalı (Polşa) da var.
YUNESKO Afrikaya xüsusi diqqət yetirmişdir. Qitənin eyni zamanda beş təbiət-mədəniyyət obyekti Dünya irsi siyahısına daxil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]