YUNİSEF-İN NÜMAYƏNDƏLƏRİ ŞİRVANDAKI ÇADIR DÜŞƏRGƏSİNDƏ YARADILMIŞ ŞƏRAİTİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞLƏR
Şirvan, 13 may (AZƏRTAC). Mayın 13-də YUNİSEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşları Kür çayının daşması nəticəsində Sabirabadın su altında qalmış kəndlərindən köçürülmüş əhalinin müvəqqəti məskunlaşdırıldığı Şirvan şəhərindəki çadır düşərgəsində olmuşlar.
Onlar burada əsasən uşaqların vəziyyəti ilə maraqlanmışlar. Düşərgədə sakinlər, o cümlədən uşaqlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirən YUNİSEF-in nümayəndələri tibbi xidmətin və ərzaq təchizatının təşkili ilə tanış olmuşlar.
Bildirilmişdir ki, təbii fəlakətdən zərər çəkən əhaliyə Azərbaycan rəhbərliyi tərəfindən hər cür diqqət və qayğı göstərilir, qarşıya çıxan problemlər dərhal həll olunur.
Xatırladaq ki, Şirvan şəhərindəki düşərgədə 260 çadır quraşdırılmışdır ki, burada Sabirabaddan köçürülmüş 1500 nəfərdən çox əhali məskunlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]