“Yuventus” UEFA-nın diskvalifikasiya qərarından şikayət etməyəcək
Bakı, 29 iyul, AZƏRTAC
İtaliyanın ən qocaman futbol komandalarından biri - “Yuventus” UEFA-nın bir mövsümlük diskvalifikasiya qərarını qəbul etmək məcburiyyətində qalıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, klubun prezidenti Canluka Ferrero komanda rəhbərliyinin cəzaya səbəb olan qərarlarının qanuniliyinə tam əmindir.
UEFA-nın maliyyə nəzarət orqanı İtaliya klubunu “fair play” qaydalarını pozmaqda, əsasən də transferlərin sayı barədə yalan xəbərlər yaymaqda və əməkhaqqı xərcləri barədə azaldılmış məlumat verməkdə ittiham edib. Nəticədə “Qoca senyora” UEFA kuboklarında iştirakdan bir mövsüm uzaqlaşdırılıb və 10 milyon avro məbləğində cərimələnib.
İtaliya mediasının məlumatına görə, Avropa Superliqası layihəsində iştirakına görə “Yuventus” klubu daha ağır sanksiyalarla üzləşə bilər. Belə ki, UEFA komandadan təşəbbüsə dəstəyini açıq şəkildə geri götürməsinə nail olmağa çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]