YUXUSUZLUQ YENİYETMƏNİ İNTİHARA SÖVQ EDƏ BİLƏR
Alimlərin 1300-dən artıq məktəbli və tələbə arasında apardıqları tədqiqatlardan məlum olmuşdur ki, müntəzəm surətdə gecə saat 2-dən
sonra yatıb, səhər saat 7-dən gec olmayaraq, yuxudan qalxan yeniyietmələrdə özünəqəsd riski daha yüksək olur. Mütəmadi yuxusuzluq onlarda həyəcanlılığın və ruh düşgünlüyünün yaranmasına səbəb olur ki, bunlar da intihara gətirib çıxaran başlıca amillərdir.
Xatırladaq ki, yeniyetmənin normal yuxu müddəti heç də 5 saat yox, 8 saatdır.