YÜZDƏN ÇOX QEYRİ-HÖKUMƏT TƏŞKİLATIQEYDƏ ALINMIŞDIR
Ümumiyyətlə, indiyədək ölkəmizdə 42 siyasi partiya, 1600-dən yuxarı qeyri-hökümət, o cümlədən 60-dan artıq hüquq müdafiə təşkilatı, 40-dan çox həmkarlar ittifaqı, 1813 kütləvi informasiya vasitəsi, o cümlədən 1749 mətbu nəşr, 36 televiziya və radio, 28 informasiya agentliyi qeydə alınmışdır.
Azərbaycan Respublikası əhalisinin dövlət qeydiyyatının aparılmasının Ədliyyə Nazirliyinə həvalə olunması ilə əlaqədar təşkilati tədbirlər həyata keçirilmiş və bu sahədə xüsusi qurumun yaradılması nəzərdə tutulmuşdur. Hazırda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı nazirlik tərəfindən müvafiq tədbirlər görülür.